Prezident İlham Əliyev: “Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər”

Xəbərlər
26 Dekabr 2025 15:06
58
Prezident İlham Əliyev: “Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər”

Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə deyib.

“Bizim çox gözəl dəniz istirahət zonalarımız, xizək zonalarımız var. Güclü infrastruktur yaradılıb. Yollar, dəmir yolları, 9 beynəlxalq hava limanı, yəni şəhərlər arasındakı bağlantılar da müasirləşir. Qarabağda və Şərqi Zəngəzurda böyük infrastruktur işləri görülür. Artıq orada da - Köndələnçay su anbarında, Suqovuşan su anbarında yarışlar keçirilir. Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər. Yəni ölkəmizin bu cür inkişafı, o cümlədən idman sektoruna da müsbət təsir göstərir”, - deyə dövlət başçısı vurğulayıb.

İdman.Biz