Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
18 Dekabr 2023 16:04
128
Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, dekabrın 18-24-də müxtəlif növlər üzrə yarışlar təşkil olunacaq.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi

- Voleybol üzrə ümumtəhsil müəssisələri arasında Abşeron rayon birinciliyi (2007-2009 oğlanlar; 2009-2011 qızlar, final) – 18 dekabr, saat 10:00 (Abşeron rayonu, Xırdalan şəhər 3 nömrəli tam orta məktəb);
- “Gimnastika hamı üçün” layihəsi çərçivəsində bədii gimnastika üzrə nümunəvi çıxışlar – 19 dekabr, saat 16:30 (Sumqayıt Olimpiya İdman Kompleksi);
- “Narkomaniyaya yox deyirik” devizi altında minifutbol üzrə 2008-2011-ci il təvəllüdlü yeniyetmələr arasında Xızı rayon birinciliyi – 19-20 dekabr, saat 10:00 (Xızı şəhər tam orta məktəbi);
- U-18 yeniyetmələr arasında Sumqayıt şəhər birinciliyi - 21-22 dekabr (Sumqayıt);
- Milli güləş və kəmər güləşi üzrə ölkə çempionatı və birinciliyi - 21-24 dekabr (Abşeron Olimpiya İdman Kompleksi);
- Uşaq Paralimpiya İdman Oyunları - 23 dekabr (Sumqayıt Paralimpiya Komitəsi);
- “Üzgüçülük hamı üçün” layihəsi çərçivəsində yarış – 23 dekabr, saat 14:00 (Sumqayıt Olimpiya İdman Kompleksi);
- “Üzgüçülük hamı üçün” layihəsi çərçivəsində yarış – 23 dekabr, saat 14:00 (Abşeron Olimpiya İdman Kompleksi);
- Kunq-fu üzrə 29-cu ölkə çempionatı və birinciliyi - 23-24 dekabr (Abşeron Olimpiya İdman Kompleksi);
- Sumo üzrə ölkə çempionatı - 23-24 dekabr (Abşeron Olimpiya İdman Kompleksi);
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş 2007-2009-cu il təvəllüdlü oğlan və qızlar arasında cüdo üzrə Sumqayıt şəhər birinciliyi – 23-24 dekabr, saat 10:00 (Sumqayıt Olimpiya İdman Kompleksi).

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi

- "Heydər Əliyev İli"nə həsr olunmuş sərbəst güləş üzrə master-klas - 21 dekabr, saat 16:00 (Şamaxı şəhər stadionu).
- Cüdo üzrə rayon turniri - 22 noyabr, saat 15:00 (Ağsu Olimpiya İdman Kompleksi);
- “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə məktəblilər arasında voleybol üzrə rayon birinciliyi - 21-22 dekabr, saat 10:00 (İsmayıllı şəhər 3 saylı məktəb-lisey);
- Ümummilli lider H.Əliyevin xatiəsinə həsr olunmuş sərbəst güləş üzrə rayon turniri - 22 dekabr, saat 15:00 (Qobustan rayonu, Güləş idman zalı);
- “İdman hamı üçün” layihəsi çərçivəsində “MMA hamı üçün” - 23 dekabr, saat 10:00 (İsmayıllı rayonu, Heydər Əliyev adına park).

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi

- "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə həvəskarlar arasında nərd üzrə Daşkəsən rayon çempionatı - 19-20 dekabr, saat 11:00 (Daşkəsən rayon Heydər Əliyev Mərkəzi).
- “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə birincilik - 17 dekabr, saat 10:00 (Gəncə şəhəri, 25 nömrəli məktəb);
- "İdman hamı üçün" layihəsi çərçivəsində atletika üzrə nümunəvi çıxışlar - 20 dekabr, saat 10:00 (Gəncə şəhəri, 7 nömrəli tam orta məktəb);
- “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş atletika yarışı - 24 dekabr, saat 10:00 (Gəncə şəhəri, Heydər Əliyev Park Kompleksi);
- “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş ağır atletika yarışı - 24 dekabr, saat 10:00 (Gəncə şəhəri, Azərbaycan Dövlət Aqrar Universiteti).

Qarabağ Regional Gənclər və İdman İdarəsi

- “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş şahmat üzrə oğlan və qızlar arasında rayon turniri – 20-28 dekabr, saat 14:00 (Ağcabədi rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- “Heydər Əliyev İli”nə həsr olunmuş basketbol (3x3) üzrə qızlar arasında rayon turniri – 21-22 dekabr, saat 10:00 (Ağcabədi rayonu, M.F.Axundov adına şəhər 3 saylı məktəb-lisey).

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi

- "İdman hamı üçün" layihəsi çərçivəsində “Şahmat hamı üçün" idman tədbiri - 20 dekabr, saat 15:00 (Tovuz rayon UGİŞM);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Cüdo hamı üçün" nümunəvi çıxışları - 21 dekabr, saat 10:00 (Gədəbəy rayon İdman Klubu);
- Həndbol üzrə ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Ağstafa rayon birinciliyi - 21-22 dekabr, saat 11:00 (Ağstafa rayonu, Əmirxan Hüseynov adına 1 saylı tam orta məktəb);
- "İdman hamı üçün" layihəsi çərçivəsində ağırlıqqaldırma üzrə nümunəvi çıxışlar - 22 dekabr, saat 16:00 (Qazax Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Boks hamı üçün" nümunəvi çıxışlar - 23 dekabr, saat 14:00 (Şəmkir Olimpiya İdman Kompleksi).

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi

- “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü"nə həsr olunmuş məktəblilər arasında dama üzrə Qusar rayon birinciliyi - 20 dekabr, saat 11:00 (Qusar rayonu, 3 saylı tam orta məktəb);
- “Heydər Əliyev İli” çərçivəsində 14 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında şahmat üzrə Siyəzən rayon birinciliyi - 20-21 dekabr, saat 10:00 (Siyəzən Gənclər Evi);
- 2008, 2009 və 2010-cu il təvəllüdlü yeniyetmələr arasında kross qaçışı üzrə Şabran rayon birinciliyi - 21 dekabr, saat 15:00 (Şabran şəhər Mərkəzi stadionu);
- Yeniyetmə və gənc qızlar arasında voleybol üzrə zona birinciliyi - 21-22 dekabr, saat 13:00 (Quba Olimpiya İdman Kompleksi);
- Məktəblilər arasında 64 xanalı dama üzrə Xaçmaz rayon turniri - 22 dekabr, saat 10:30 (Xaçmaz Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü"nə həsr olunmuş cüdo açıq Xaçmaz rayon çempionatı - 23-24 dekabr, saat 10:00 (Xaçmaz Olimpiya İdman Kompleksi);
- Milli Qəhrəman Çingiz Qurbanovun əziz xatirəsinə həsr olunmuş məktəbli qızlar arasında voleybol üzrə açıq turnir - 23-24 dekabr, saat 11:00 (Qusar Olimpiya İdman Kompleksi);
- “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü"nə həsr olunmuş yunan-Roma güləşi üzrə Qusar rayon birinciliyi - 24 dekabr, saat 11:00 (Qusar şəhər güləş zalı).

Lənkəran -Astara Regional Gənclər və İdman İdarəsi
- “Heydər Əliyev İli”nə həsr olunan cüdo üzrə region birinciliyi - 23-24 dekabr, saat 10:00 (Lənkəran Olimpiya İdman Kompleksi);
- “Sağlam həyat” layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri - 23 dekabr, saat 10:00 (Lənkəran rayonu, Heydər Əliyev adına xatirə parkı);
- “Üzgüçülük hamı üçün” yarışı - 23 dekabr, saat 14:00 (Lənkəran Olimpiya İdman Kompleksi);
- “Bankirlər” adı altında minifutbol çempionatı - 23-24 dekabr, saat 16:00 (Lənkəran rayonu, Raypo minifutbol meydançası);
- "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və Yeni il münasibətilə 2023-cü ildə respublika və beynəlxalq yarışlarda yüksək nəticələr göstərmiş idmançılar və məşqçi müəllimlərin iştirakı ilə regional tədbir - 24 dekabr, saat 18:00 (Lənkəran rayon Kənarmeşə kəndi “Xəzər Palace” Hotel-Restoran);
- “Üzgüçülük hamı üçün” idman yarışı - 23 dekabr, saat 14:00 (Astara Olimpiya İdman Kompleksi);
- “Heydər Əliyev İli”nə həsr olunmuş idarə, müəssisə və təşkilatlar arasında voleybol üzrə rayon turniri - 21-22 dekabr, saat 17:00 (Masallı rayonu, Masallı Olimpiya İdman Kompleksi);
- "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə həsr olunmuş taekvondo üzrə Cəlilabad UGİM-in turniri - 23-24 dekabr, saat 11:00 (Cəlilabad Olimpiya İdman Kompleksi);
- "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə həsr olunmuş stolüstü tennis üzrə rayon turniri - 22 dekabr, saat 11:00 (Cəlilabad Olimpiya İdman Kompleksi);
- “Üzgüçülük hamı üçün” idman yarışı - 23 dekabr, saat 14:00 (Cəlilabad Olimpiya İdman Kompleksi);
- Voleybol üzrə məktəbli qızlar arasında yoldaşlıq görüşü - 22 dekabr, saat 11:00 (Yardımlı rayonu, 4 saylı məktəb);
- “İdman hamı üçün” layihəsi çərçivəsində “Futbol hamı üçün” nümunəvi çıxışlar - 20 dekabr, saat 14:30 (Yardımlı Olimpiya İdman Kompleksi).
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində taekvondo üzrə nümunəvi çıxışlar - 18 dekabr, saat 17:00 (Göyçay idman zalı);
- Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş ali, orta ixtisas məktəb tələbələri və UGİŞM komandaları arasında voleybol üzrə şəhər birinciliyi - 18-19 dekabr, saat 9:30 (Mingəçevir şəhəri, MDU-nun idman zalı);
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə taekvondo üzrə rayon birinciliyi - 19 dekabr, saat 15:00 (Zərdab rayonu, şahmat dama klubu, bölmənin idman zalı);
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş stolüstü tennis üzrə rayon turniri - 22 dekabr, saat 12:00 (Kürdəmir Gənclər Evi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində bədii gimnastika üzrə nümunəvi çıxışlar - 23 dekabr, saat 15:00 (Göyçay Olimpiya İdman Kompleksi).
Mil-Muğan Regional Gənclər və İdman İdarəsi
- Boks üzrə təlim-məşqi - 20 dekabr (İmişli Olimpiya İdman Kompleksi);
- Futbol üzrə nümunəvi çıxışlar - 22 dekabr, saat 14:00 (Sabirabad rayonu, 1 saylı orta məktəb);
- Cüdo üzrə nümunəvi çıxışlar - 21 dekabr, saat 14:30 (Saatlı rayonu, Cüdo idman zalı);
- Boks üzrə təlim-məşqi - 20 dekabr, saat 11:00 (İmişli Olimpiya İdman Kompleksi);
- "Üzgüçülük hamı üçün" layihəsi çərçivəsində üzgüçülük yarışı - 23 dekabr, saat 14:00 (Beyləqan Olimpiya İdman Kompleksi).
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş futzal üzrə idarə, müəssisə və təşkilatlar arasında rayon birinciliyinin final oyunu - 20 dekabr, saat 17:00 (Qəbələ Olimpiya İdman Kompleksi);
- Yeniyetmələr arasında pnevmatik tüfəngdən güllə atıcılığı yarışı - 22 dekabr, saat 11:00 (Oğuz mərkəzi stadionu);
- Gimnastika üzrə nümunəvi çıxışlar - 22 dekabr, saat 10:00 (Qax Olimpiya İdman Kompleksi);
- "Üzgüçülük hamı üçün" layihəsi ilə bağlı seminar - 20 dekabr, saat 15:00 (Balakən Olimpiya İdman Kompleksi).

Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi
- Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında (U15) açıq rayon birinciliyi - 22-24 dekabr, saat 10:00 (Zəngilan rayonu. Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 208 nömrəli tam orta məktəb);
- Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş 8, 10, 12 və 14 yaşlılar arasında şahmat üzrə rayon birinciliyi - 18-24 dekabr, saat 10:00 (Cəbrayıl rayonu. Biləsuvar rayonu, 1 saylı Cəbrayıl qəsəbəsi);
- Atletika idman növü üzrə 2008-2010-cu il təvəllüdlü oğlan və qızlar arasında Laçın rayon birinciliyi - 22 dekabr, saat 10:00 (Laçın rayonu. Xətai rayonu, Laçın rayon 28 nömrəli tam orta məktəb).
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- Sərbəst güləş üzrə Neftçala rayon birinciliyi – 23 dekabr, saat 10:00 (Neftçala şəhər güləş idman zalı);
- "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş basketbol üzrə Biləsuvar rayon birinciliyi - 19-29 dekabr, saat 10:00 (Biləsuvar şəhər 4 saylı tam orta məktəb);
- “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr edilmiş WKF karate üzrə uşaq və yeniyetmələr arasında açıq rayon birinciliyi - 24 dekabr, saat 10:00 (Salyan rayon Qarabağlı kəndi, karate idman zalı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində futbol üzrə təlim məşq toplantıları - 23 dekabr, saat 11:00 (Hacıqabul rayonu, İ.Qayıbov küçəsində yerləşən minifutbol kortu).

İdman.biz

Məqalədə: