Həbib Nurməhəmmədov ikili standartlara diqqət çəkib

Xəbərlər
19 Dekabr 2025 16:22
32
Həbib Nurməhəmmədov ikili standartlara diqqət çəkib

Rusiyanın Odintsovo şəhərində məktəblinin qətlə yetirilməsi ilə bağlı baş verən hadisəyə MMA çempionu Həbib Nurməhəmmədov münasibət bildirib. O, cəmiyyətdə və mediada formalaşan ikili standartları tənqid edib.

İdman.Biz xəbər verir ki, Həbib sosial şəbəkələrdə yayılan açıqlamasında özünün hava limanında səssiz şəkildə dua etməsinin çoxsaylı “Telegram” kanallarında geniş müzakirə olunmasına diqqət çəkib, lakin məktəbdə baş verən amansız hücum və uşağın öldürülməsi ilə bağlı demək olar ki, heç bir reaksiyanın olmamasını sual altına alıb.

“Hava limanında bir küncdə, heç kimə mane olmadan, gözə görünməyən yerdə dua etməyimi onlarla “Telegram” kanalı müzakirə etdi. Amma məktəbdə baş verən vəhşi hücum, uşağın qətlə yetirilməsi barədə demək olar ki, heç kim danışmadı və bunu qınamadı. Maraqlı vəziyyətdir”, – deyə Həbib bildirib.

İdman.Biz