Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edən Azərbaycan idmançıları Vətənə dönüblər.
İdman.Biz xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər və idmançıların yaxınları iştirak ediblər.
Azərbaycan yarışda 20 növdə 174 idmançı ilə təmsil olub.
Komandamız 59 medalla sıralamada 10-cu yeri tutub. Medalların 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc mükafatdır.
Yarışlarda ümumilikdə 57 ölkə iştirak edib. Türkiyə 72 qızıl, 44 gümüş, 39 bürünclə ilk sırada qərarlaşıb. Özbəkistan 29 qızıl, 35 gümüş, 32 bürünclə ikinci, İran isə 29 qızıl, 19 gümüş, 33 bürünclə üçüncü olub.
