Türkiyədə hakimlərin mərc oyunlarına qoyduqları pulun həcmi açıqlandı

Xəbərlər
21 Noyabr 2025 18:40
45
Türkiyədə hakimlərin mərc oyunlarına qoyduqları pulun həcmi açıqlandı

Türkiyədə “futbolda mərc” iddiası ilə aparılan istintaq çərçivəsində səkkizi həbsdə olmaqla 17 hakim barədə MASAK (İqtisadi Cinayətləri Araşdırma Komissiyası) tərəfindən hesabat hazırlanıb. Sənəddə şübhəlilərin şans oyunları xidməti göstərən şirkətlərlə apardığı maliyyə əməliyyatları təhlil edilib.

İdman.Biz xəbər verir ki, hesabatda hakim Erkan Arslanın 2021–2025-ci illərdə bank məlumatlarında ümumilikdə 35 milyon 179 min 61 lirə (təxminən 1 milyon 416 min AZN) maliyyə əməliyyatı apardığı qeyd olunur.

Arslanın müxtəlif mərc platformaları ilə 6 min 380 əməliyyatda ümumilikdə 10 milyon 548 min 837 lirə (təxminən 423 min AZN) məbləğində maliyyə həcmi yaratdığı bildirilir.

Hesabatda qeyd edilir ki, həmin firmalara 6 milyon 544 min 87 lirə (təxminən 262 min AZN) vəsait çıxışı, platformalardan isə 4 milyon 4 min 749 lirə (təxminən 160 min AZN) daxilolma olub.

Digər şübhəli Yasin Şenin bank məlumatlarında 2021–2025-ci illər arasında ümumilikdə 21 milyon 31 bin 737 lirə (təxminən 843 min AZN) maliyyə əməliyyatı qeydə alınıb.

Onun təkcə bir platformada apardığı 284 əməliyyatda ümumilikdə 1 milyon 738 min 572 lirəlik (təxminən 69 min AZN) dövriyyə olduğu müəyyən edilib.

İdman.Biz