İslamiada: Azərbaycan komandası yarışı 59 medalla başa vurub

Xəbərlər
21 Noyabr 2025 21:35
43
İslamiada: Azərbaycan komandası yarışı 59 medalla başa vurub

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarışlara yekun vurulub.

İdman.Biz xəbər verir ki, Azərbaycan komandası İslamiadanı ümumilikdə 59 medalla başa vurub.

Bunların 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc mükafatdır.

Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 10-cu yeri tutub. İlk sırada 155 medalla Türkiyə qərarlaşıb. Özbəkistan (96) ikinci, İran (81) isə üçüncü olub.

Yarışlarda ümumilikdə 57 ölkədən idmançılar mübarizə aparıblar. 43 ölkənin nümayəndələri isə medal qazana biliblər.

İdman.Biz