Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb - FOTO

Xəbərlər
21 Noyabr 2025 21:50
39
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb - FOTO

Noyabrın 21-də gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 23-cü görüşünü keçirib.

İdman.Biz bildirir ki, 2025-ci ilin “İdman Paytaxtı” Qəbələ şəhərində baş tutan görüşdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Qəbələ Mədəniyyət Mərkəzində keçirilən tədbirdə gənclər və idman naziri Fərid Qayıbov görüş iştirakçılarını salamlayaraq son dövrdə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

Görüşdə Azərbaycanda keçirilmiş III MDB Oyunlarında əldə edilmiş nəticələr müzakirə edilib. Həmçinin idman məktəblərində cüdo idman növü üzrə normativlərin təsdiqi ilə bağlı məsələ diqqətə çatdırılıb, Mərkəzləşdirilmiş Reyestr Sistemi üzrə təqdimat nümayiş olunub. Regionlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasında yerli və beynəlxalq yarışların keçirilməsi məsələləri də müzakirə olunub.

Görüşdə 2026-cı il üzrə ölkə yarışlarının təqvim planı “Tədbirvar” (tedbirvar.az) platformasında təqdim edilib. Sonra 2028-ci ildə Los-Ancelesdə keçiriləcək XXXIV Yay Olimpiya Oyunlarına hazırlıq istiqamətində görüləcək işlər haqqında məlumat verilib.

“Bakı 2026 – Dünya İdman Paytaxtı” layihəsi ilə bağlı məsələlər müzakirə edildikdən sonra federasiyaların sosial media hesabatı təqdim olunub. Görüş digər məsələlərin müzakirəsi ilə davam etdirilib.

İdman.Biz