VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları iki fərqli növdə mübarizə aparacaqlar

Xəbərlər
14 Noyabr 2025 09:44
37
VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları iki fərqli növdə mübarizə aparacaqlar

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir.

İdman.Biz xəbər verir ki, bu gün Azərbaycan idmançıları iki fərqli növdə çıxış edəcəklər.

Ölkə təmsilçilərindən Xəyal Əliyev (60-65 kq) muaytay, Leyla Əbdüləzizova isə duatlon yarışlarının finalında mübarizə aparacaqlar.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan 36 mükafatla (5 qızıl, 12 gümüş, 19 bürünc) medal sıralamasında 7-ci pillədə qərarlaşıb.

İdman.Biz