“BeIN Sports” telekanalına hücum edən şəxs barəsində qərar çıxarılıb

Xəbərlər
12 Noyabr 2025 19:52
36
“BeIN Sports” telekanalına hücum edən şəxs barəsində qərar çıxarılıb

İstanbulda, Türkiyənin “BeIN Sports” telekanalının binasına silahlı hücum edən şəxs barəsində həbs qərarı çıxarılıb.

İdman.Biz Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kamal S. “silahlı təhdid” və “iş yeri toxunulmazlığını pozmaq” ittihamları ilə təqsirli bilinib.

Diqqət çəkən digər məqam isə, hadisəni törədən Kamal S. adlı şəxsin hücum zamanı əlində tutduğu “silah”ın oyuncaq olduğunun müəyyən edilməsidir.

Xatırladaq ki, telekanala silahlı basqın noyabrın 10-da baş verib.

İdman.Biz

Məqalədə: