Olimpiya çempionu “İdman veteranları” İctimai Birliyinin prezidenti seçilib

Xəbərlər
24 Oktyabr 2025 20:58
38
Olimpiya çempionu “İdman veteranları” İctimai Birliyinin prezidenti seçilib

Olimpiya çempionu Zemfira Meftahətdinova “İdman veteranları” İctimai Birliyinin prezidenti seçilib.
İdman.Biz xəbər verir ki, bu barədə qərar Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan “İdman veteranları” İctimai Birliyinin ümumi yığıncağında verilib.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.

Ardınca Zemfira Meftahətdinova təşkilatın fəaliyyətinə dair 2024-cü ildən ötən dövr ərzində görülən işlər barədə hesabatı təqdim edib.

Ardınca Z.Meftahətdinovanın “İdman veteranları” İctimai Birliyinə preizdent seçilməsi qərara alınıb.
Tamilla Bünyadova birinci vitse-prezident, Rafiq Hacıyev və Elşad Nərimanov vitse-prezidentlər, Tərlan Həsənov, Şamil Əbdülrəhmanov, Lyudmila Şubina, Əhməddin Rəcəbli və Nigar İbrahimova isə İdarə Heyətinin üzvləri seçiliblər.

Eyni zamanda, İctimai Birliyin Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb və səsvermə nəticəsində yeni redaksiya qəbul olunub.

Gənclər və İdman Nazirliyinin müşaviri Nurlana Məmmədzadə çıxış edərək “İdman veteranları” İctimai Birliyinin ümumi yığıncağı, nizamnaməsi və onun yeni redaksiyası barədə təqdimatla çıxış edib.

Sonda Zemfira Meftahətdinova göstərilən etimada görə təşəkkür edib.

İdman.Biz