Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan idmançılarının III MDB Oyunlarında çıxışını yüksək qiymətləndirib.
İdman.biz bu barədə “Baku TV”yə istinadən xəbər verir.
“Əlbəttə, bu yarışda çıxış etmək idmançılarımız üçün böyük təcrübədir. Onlar bunun faydasını gələcək yarışlarda görəcəklər. Nəticələr əvvəlki iki analoji turnirlərdə qazanılandan daha yüksəkdir. Bu münasibətlə idmançılarımızı təbrik edirəm və onlara növbəti yarışlarda uğurlar arzu edirəm”, - deyə nazir vurğulayıb.
Qeyd edək ki, Azərbaycan millisi III MDB Oyunlarını 184 (33 qızıl, 56 gümüş, 95 bürünc) medalla ikinci pillədə başa vurub.