Fərid Qayıbov beynəlxalq yarışlarda yüksək nəticələr əldə edən idmançılarla görüşüb - FOTO

Xəbərlər
6 Oktyabr 2025 19:19
38
Fərid Qayıbov beynəlxalq yarışlarda yüksək nəticələr əldə edən idmançılarla görüşüb - FOTO

Oktyabrın 6-da gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.

Azərbaycan İdman Akademiyasında təşkil olunan görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca idmançılarımızın beynəlxalq arenalarda qazandıqları nailiyyətləri yüksək dəyərləndirən nazir Fərid Qayıbov idmançıları və onların məşqçilərini təbrik edib.

Görüş zamanı ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Daha sonra bir sıra idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələri barədə məlumat veriblər.

Sonda nazir Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb.

İdman.biz

Məqalədə: