Meray Keri və Andrea Boçelli Olimpiada-2026-nın açılışında çıxış edəcək

Xəbərlər
12 Yanvar 2026 03:45
33
Meray Keri və Andrea Boçelli Olimpiada-2026-nın açılışında çıxış edəcək

2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində məşhur sənətçilər çıxış edəcək.

İdman.Biz xəbər verir ki, italiyalı tenor Andrea Boçelli və amerikalı müğənni Meray Keri açılış mərasimində səhnə alacaqlar. Bu barədə Təşkilat Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Andrea Boçelli bir neçə dəfə “Qremmi” mükafatına namizəd olub və 2016-cı ildə futbol üzrə Çempionlar Liqasının final matçı öncəsi Milandakı “San Siro” stadionunda çıxış edib. Məhz həmin stadionda Olimpiadanın açılış mərasimi də keçiriləcək.

Açılış mərasimində çıxış edəcək digər sənətçi isə “Qremmi” mükafatı laureatı olan italiyalı müğənni Laura Pausini olacaq.

Qeyd edək ki, Olimpiada-2026 fevralın 6-dan 22-dək Milan və Kortina-d'Ampeçço şəhərlərində keçiriləcək.

İdman.Biz