Azərbaycanın yeddi şəhərində III MDB Oyunları davam edir.
İdman.biz xəbər verir ki, hazırda medal sıralamasında Rusiya 88 (59-17-12) medalla liderdir. Azərbaycan isə 60 medalla ikinci pillədə qərarlaşıb: 7 qızıl, 21 gümüş və 32 bürünc medal. Üçüncü yerdə isə Belarusdur – 49 (7-18-24) medal.
Qeyd edək ki, bu günə qədər III MDB Oyunlarında 7 ölkənin idmançıları medal qazanıb. Ümumilikdə, Oyunlarda 13 ölkənin atletləri iştirak edir.