III MDB Oyunlarının medal sıralaması: Azərbaycan 55 medalla ikinci pillədədir

Xəbərlər
1 Oktyabr 2025 10:10
47
III MDB Oyunlarının medal sıralaması: Azərbaycan 55 medalla ikinci pillədədir

Azərbaycanın yeddi şəhərində davam edən III MDB Oyunlarında medal sıralaması müəyyənləşib.

İdman.biz xəbər verir ki, hazırda Rusiya 68 medalla (46 qızıl, 13 gümüş, 9 bürünc) birinci yerdə qərarlaşıb.

Azərbaycan 55 medalla ikinci pillədədir. Millimiz aktivinə 7 qızıl, 18 gümüş və 30 bürünc medal yazdırıb. Üçüncü yerdə isə Belarus gəlir – bu ölkənin idmançıları 40 medal (7 qızıl, 16 gümüş, 17 bürünc) qazanıb.

Qeyd edək ki, bu günə qədər III MDB Oyunlarında 7 ölkənin idmançıları medal əldə edib. Ümumilikdə isə turnirdə 13 ölkə iştirak edir.

İdman.biz

Məqalədə: