Qış Olimpiya Oyunları 2026 çərçivəsində İtaliyada keçirilən yarışlarda 16 fevral tarixinə olan qeyri-rəsmi medal cədvəli açıqlanıb.
İdman.Biz xəbər verir ki, cədvələ Norveç millisi başçılıq edir. Skandinaviya təmsilçiləri 12 qızıl, 7 gümüş və 9 bürünc medal qazanaraq ümumilikdə 28 mükafatla ilk pillədə qərarlaşıb.
İkinci sırada 8 qızıl, 4 gümüş və 11 bürünc medala malik İtaliya (23 medal) yer alıb. İlk üçlüyü isə 6 qızıl, 8 gümüş və 5 bürünc medalla ABŞ (19 medal) tamamlayır.
Sözügedən medal cədvəlini təqdim edirik.
| Yer | Ölkə | Qızıl | Gümüş | Bürünc | Cəmi |
|---|---|---|---|---|---|
| 1 | Norveç | 12 | 7 | 9 | 28 |
| 2 | İtaliya | 8 | 4 | 11 | 23 |
| 3 | ABŞ | 6 | 8 | 5 | 19 |
| 4 | Niderland | 6 | 5 | 1 | 12 |
| 5 | Avstriya | 5 | 7 | 3 | 15 |
| 6 | İsveç | 5 | 5 | 1 | 11 |
| 7 | İsveçrə | 5 | 2 | 3 | 10 |
| 8 | Almaniya | 4 | 7 | 6 | 17 |
| 9 | Fransa | 4 | 7 | 4 | 15 |
| 10 | Yaponiya | 4 | 5 | 9 | 18 |
Qeyd edək ki, Milan və Kortina-d’Ampezzoda keçirilən Qış Olimpiya Oyunları fevralın 22-dək davam edəcək. Medal uğrunda mübarizə isə getdikcə daha da gərgin xarakter alır.
