İsveç kralı Olimpiadada yıxılan xizəkçi ilə bağlı zarafat edib

16 Fevral 2026 16:51
77
İsveç kralı Olimpiadada yıxılan xizəkçi ilə bağlı zarafat edib

İsveç kralı Karl XVI Qustav 2026-cı il Qış Olimpiya Oyunlarında qadınların estafet yarışı zamanı İsveç millisinin xizəkçisi Ebba Andersson ilə baş verən yıxılma epizodunu maraqlı şəkildə şərh edib.

İdman.Biz xəbər verir ki, bu barədə fevralın İsveçin SVT telekanalı məlumat yayıb.

“Etdiyiniz geri dönüş tarixə düşəcək. Ebba, Bax, bu yıxılmağın fantastik idi. O, məğlubedilməzdir”, – deyə kral bildirib.

O, həmçinin vurğulayıb ki, İsveç komandası qızılı uduzmayıb, sadəcə gümüş medal qazanıb.

Qadınların estafet yarışının nəticələrinə əsasən qızıl medalları Norveç millisi əldə edib, İsveç təmsilçiləri ikinci yeri tutub, Finlandiya isə ilk üçlüyü tamamlayıb.

İdman.Biz