Norveç millisinin üzvü Yohannes Klebo Olimpiya tarixində yeni səhifə açıb.
İdman.Biz xəbər verir ki, 29 yaşlı idmançı Qış Olimpiya Oyunlarında doqquz qızıl medal qazanan ilk atlet olub. Rekord Milan-Kortina 2026 çərçivəsində 4x7,5 km estafetdə Norveç yığmasının qələbəsindən sonra rəsmiləşib.
Klebo əvvəlki rekordçular Börn Deli, Marit Byörgen və Ule-Eynar Byörndaleni geridə qoyub. Həmin idmançıların hərəsinin aktivində səkkiz qızıl mükafat var idi.
Norveçli ulduzun nailiyyəti artırmaq şansı da qalır. Onu qarşıda komanda sprinti və marafon gözləyir.
Milan-Kortina Qış Olimpiya Oyunları fevralın 22-dək davam edəcək və yarışda ümumilikdə 116 medal dəsti sahibini tapacaq.
