Qazaxıstanlı Olimpiya çempionu qələbə qazandığına görə 250 min dollar alacaq

15 Fevral 2026 01:14
113
Qazaxıstanlı Olimpiya çempionu qələbə qazandığına görə 250 min dollar alacaq

Qazaxıstanlı fiqurlu konkisürən Mixail Şaydorov Milan Olimpiadasındakı qələbəsinə görə 250 min dollar alacaq.

İdman.Biz bu barədə Sports.kz-a iatinadən məlumat verir.

Bundan əlavə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fiqurlu konkisürənə İkinci dərəcəli “Barıs” ordeni verəcək.

Şaydorov Qazaxıstandan Olimpiya çempionu olan ilk fiqurlu konkisürəndir. 2014-cü ildə onun həmyerlisi Denis Ten bürünc medal qazanıb.

İdman.Biz