Britaniyalılar tarix yazdı

16 Fevral 2026 01:03
130
Britaniyalılar tarix yazdı

Böyük Britaniya təmsilçiləri Tabita Stoker və Matt Ueston İtaliyada keçirilən Olimpiya Oyunlarında qarışıq komanda yarışının qalibi olublar. Bu növ proqramda ilk dəfə təşkil edilib.

İdman.Biz xəbər verir ki, duet məsafəni 1 dəqiqə 59,36 saniyəyə qət edib.

İkinci yeri almaniyalı Susanne Kreher - Aksel Yunq cütü 1 dəqiqə 59,53 saniyə nəticə ilə tutub. Bürünc medallara isə digər Almaniya tandemi – Jaklin Pfeifer və Kristofer Qrotqer sahib çıxıb (1 dəqiqə 59,54).

Qeyd edək ki, Ueston daha əvvəl fərdi yarışda da qalib gələrək skeleton üzrə Olimpiya tarixində qızıl medal qazanan ilk britaniyalı olmuşdu.

İdman.Biz