İtaliyada keçirilən Qış Olimpiya Oyunları zamanı Slovakiya millisinin hokkey oyununu izləməyə gələn, illərdir axtarışda olan şəxs polis tərəfindən həbs edilib.
İdman.Biz xəbər verir ki, 44 yaşlı kişi 2010-cu ildən qaçaq həyat sürürdü. O, mağazalarda törətdiyi bir sıra oğurluqlara görə 11 ay yeddi gün həbs cəzası almışdı, lakin hüquq-mühafizə orqanlarından yayına bilmişdi.
Buna baxmayaraq, slovak azarkeş milli komandasını dəstəkləmək üçün yenidən İtaliyaya qayıdıb. Karabinyerlər onun qonaq evində məskunlaşmasından sonra izinə düşüblər və 16 il əvvəl prokurorluq tərəfindən verilmiş order əsasında saxlayıblar.
Maraqlıdır ki, bu hadisə fonunda Slovakiya yığması Olimpiadaya qələbə ilə başlayıb – komanda Finlandiyanı 4:1 hesabı ilə məğlub edib.
