Olimpidanın media mərkəzində makaron sürprizi - VİDEO

12 Fevral 2026 18:21
104
Olimpidanın media mərkəzində makaron sürprizi - VİDEO

Qış Olimpiya Oyunlarının paytaxtı Milan qeyri-adi görüntülərlə dünya mediasının diqqət mərkəzinə düşüb. Adətən ayaqüstü qidalar və fastfudla kifayətlənən jurnalistlər bu dəfə gözlənilməz sürprizlə qarşılaşıblar.

İdman.Biz xəbər verir ki, NBC telekanalının jurnalisti Linett Romero media mərkəzində peşəkar aşpazların canlı olaraq əllə təzə makaron hazırlaması barədə reportaj hazırlayıb. Videoda aşpazların xəmiri necə ustalıqla kəsməsi və dərhal təqdim etməsi əks olunub.

Qeyd edək ki, "Milan-Kortina 2026" təşkilat komitəsi builki yarışlarda İtaliya mətbəxini dünyaya tanıtmaq üçün media zonalarında xüsusi kulinariya guşələri yaradıb. Bu addım idman jurnalistləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

Xatırladaq ki, Olimpiya Oyunları çərçivəsində tətbiq edilən bu xidmət üçün İtaliya hökuməti təxminən 500 min avro (1 milyon AZN) büdcə ayırıb.

İdman.Biz