Komanda sprintində 2018-ci il Olimpiya çempionu, ikiqat dünya çempionu və Dünya Kubokunun qalibi, amerikalı xizəkçi Cessika Diggins qabırğası sınmış halda İtaliyada keçirilən Olimpiya Oyunlarında mübarizəsini davam etdirir.
İdman.Biz bildirir ki, bu gün, 12 fevralda, Diggins 10 km məsafəyə fərdi yarıda iştirak edib və qəhrəmancasına bürünc medal qazanıb. Yarışdan sonra amerikalı qarın üstünə yıxılıb və uzun müddət finiş zonasında uzanaraq qabırğasını tutub və ağrıdan inildəyib. Komanda yoldaşı ona xizəklərini çıxarmağa kömək edib.

Xatırladaq ki, Diggins Olimpiadanın ilk yarışı olan skiatlonda yıxılaraq qabırğasını sındırıb.

