Azərbaycan Milli Olimpiya Komitəsinin erməni idmançıları Karina Akopova və Nikita Raxmaninin fiqurlu konkisürmə üzrə qısa proqramda “Arsax” adlı musiqidən istifadə etməsinə qarşı ciddi etirazı ilə bağlı tədbir görülüb.
İdman.Biz Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadən bildirir ki, MOK-un haqlı narazılığına Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Beynəlxalq Konkisürmə Birliyinin (ISU) rəsmi nümayəndələri münasibət bildiriblər.
Erməni idmançılarının bu seçiminin Olimpiya Xartiyasının siyasi neytrallıq prinsiplərinə zidd olduğu nəzərə çatdırılıb və yarış vaxtı erməni idmançılarının istifadə edəcəyi musiqinin adının dəyişdirilməsi barədə məlumat verilib.
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.
16:13
25-ci Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə yarışlarında Ermənistan tərəfinin separatçı və provokativ addımı Beynəlxalq Olimpiya səviyyəsində səs-küyə səbəb olandan sonra Beynəlxalq Konkisürmə Birliyi məsələyə öz münasibətini açıqlayıb.
İdman.Biz xəbər verir ki, Azərbaycan tərəfinin haqlı narazılığından sonra Beynəlxalq Konkisürmə Birliyinin (ISU) məsələyə baxaraq saxtakarlığı aradan qaldırıb.
Belə ki, Beynəlxalq Konkisürmə Birliyi məsələni bütün maraqlı tərəflərlə birlikdə nəzərdən keçirdiyini və rəsmi proqram siyahısına dəyişiklik edildiyini açıqlayıb.
Bu gönderiyi Instagram'da görXatrıladaq ki, Azərbaycan Milli Olimpiya Komitəsi erməni cütlüyü Karina Akopova və Nikita Raxmaninin fiqurlu konkisürmə üzrə qısa proqramda “Arsax” adlı musiqidən istifadə etməsinə etiraz edib.
Öz növbəsində Beynəlxalq Konkisürmə Birliyi bu seçimin Olimpiya Xartiyasının siyasi neytrallıq prinsiplərinə zidd olduğunu bildirib. Bəyanatda Olimpiya Oyunlarının sülh, dostluq və qarşılıqlı hörmət rəmzi olduğu vurğulanıb. Etirazdan sonra ISU-nun rəsmi saytında musiqinin adı dəyişdirilib. İndi proqramda əsərin adı göstərilmir və yalnız “Ara Gevorgyanın musiqisi” kimi qeyd olunur.
Məlumat üçün bildirək ki, “Arsax” ifadəsi Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə qarşı separatçı siyasətin simvolu kimi istifadə olunub.
