Reper Snup Doqq 2026-cı il Olimpiadasında körlinqdə qüvvəsini sınayıb - FOTO

6 Fevral 2026 23:01
82
Reper Snup Doqq 2026-cı il Olimpiadasında körlinqdə qüvvəsini sınayıb

Körlinq üzrə ABŞ komandasına Kanada ilə oyunda dəstək olmağa gələn amerikalı reper və aktyor Snup Doqq bu idman növündə özünü sınayıb.

İdman.Biz bildirir ki, musiqiçi həm buz üzərində daşı itələyib, həm də xüsusi fırça ilə hərəkətini tənzimləyib.

Bu, ABŞ komandasının yarışın başlanğıcından bəri qarışıq cütlük kerlinqdə dördüncü matçıdır; komanda bu heyətlə daha beş matç oynayacaq. Kişi və qadın komandalarının ayrı-ayrı yarışları 11-19 fevral tarixlərində keçiriləcək.

Snup Doqq Olimpiya Oyunlarında ABŞ-ın fəxri məşqçisi seçilib. O, həmçinin Olimpiya məşəli estafetində iştirak edib.

Olimpiadanın açılış mərasimi bu gün olacaq.

İdman.Biz