Samir Əliyev: “Şimali İrlandiyanı da udmalı idik”

Xəbərlər
17 Oktyabr 2023 22:09
202
Samir Əliyev: “Şimali İrlandiyanı da udmalı idik”

“Birinci hissənin son dəqiqələrində buraxılan qoldan sonra komandanı ikinci hissəyə hazırlamaq bir az çətin oldu”.

İdman.biz saytı xəbər verir ki, bunu 21 yaşadək milli komandanın baş məşqçisi Samir Əliyev deyib.

Avropa çempionatını seçmə mərhələsində Lüksemburq üzərində əzmkar qələbə qazanan yığmanın çalışdırıcısı oyunun çətin keçdiyini bildirib: “Lüksemburq qrupun autsayderi sayılsa da, çətin və ağır oyun oldu. Rəqib yaxşı komandadır və Şimali İrlandiyanı səfərdə məğlub edib. İlk 20 dəqiqədə futbolçularda bir az həyəcan var idi. Buna baxmayaraq biz öz qolumuzu vurduq. İkinci hissədə daha üstün oynadıq, qol vəziyyətləri yaratdıq və qalib gəldik".

U-21 yığmasının baş məşqçisi Samir Əliyev milli komanda ilə qazanılan ilk qələbəyə şərh verib. O, hətta bu oyundakı uğursuzluq nəticəsində istefa vermək barədə düşündüyünü də etiraf edib: “Qələbəyə görə, xüsusi bir hiss yoxdur. Görünən odur ki, qrupda autsayder bizik. Biz Şimali İrlandiyanı da udmalı idik. Hələ o matçın şokundan ayılmamışdım. Bu gün də məğlub olsaydıq, artıq ərizəmi yazıb getməli idim. Çıxış yolu tapmalı, bu futbolçuların müntəzəm oynamasına çalışmalıyıq. Mənim yerimdə kim işləsə, eyni əziyyətləri çəkəcək”.

Samir Əliyev yığmanın növbəti oyunları haqqında da danışıb. Gənc mütəxəssis İngiltərə və Ukrayna ilə oyunlarda komandanın yaxşı nəticə qazanacağına ümid edir: Yoldaşlıq oyunlarını güclü rəqiblərlə qarşı keçirməyə çalışdıq. İndi seçmə mərhələdə nəhənglərlə qarşılaşacağıq. Hesab edirəm ki, onlarla oynamaq daha rahat olacaq”.

Qeyd edək ki, Azərbaycan U-21 yığması gərgin mübarizədə Lüksemburqu 3:2 hesabı ilə məğlub edib.

İdman.biz