“Qarabağ”ın müdafiəçisi zədədən sonra əməliyyat olunub

2 Sentyabr 2026 19:14
120
“Qarabağ”ın müdafiəçisi zədədən sonra əməliyyat olunub

"Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub.

İdman.Biz xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, futbolçunun sol budunun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələsinin (m. semitendinosus) distal vətərində müəyyən edilən zədələnmə ilə əlaqədar cərrahi əməliyyatı uğurla başa çatıb.

Elvin Cəfərquliyevin müalicə və bərpa prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdiriləcək.

Qeyd edək ki, Elvin Cəfərquliyev avqustun 13-də "Qarabağ"ın heyətində UEFA Konfrans Liqasının ücüncü təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnib.

İdman.Biz