Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emil Səfərov 2026-cı il “FIFA Series 2026” turnirinin final matçından sonra diqqət mərkəzinə düşüb.
İdman.Biz-in məlumatına görə, oyunçu Syerra Leone ilə oyun zamanı rəqib oyunçuya şillə vurub.
Gənc yarımmüdafiəçinin hərəkətləri sosial mediada tənqid olunub və bir çox azarkeş VAR sisteminin mövcud olacağı halda, hadisəyə görə Səfərovun meydandan qovula biləcəyini qeyd edib.
Matç penaltilər seriyasında Azərbaycan komandasının qələbəsi ilə başa çatıb – 9:8.
