“FIFA Series - 2026” çərçivəsində Azərbaycan - Syerra Leone oyunu öncəsi proqram açıqlanıb

28 Mart 2026 21:10
143
“FIFA Series - 2026” çərçivəsində Azərbaycan - Syerra Leone oyunu öncəsi proqram açıqlanıb

“FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində keçiriləcək Azərbaycan - Syerra Leone oyunu öncəsi mətbuat tədbirlərinin vaxtı açıqlanıb.

İdman.Biz xəbər verir ki, martın 30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq qarşılaşmadan əvvəl hər iki komandanın iştirakı ilə mətbuat konfransları və mətbuat üçün açıq məşqlər təşkil olunacaq.

29 mart

Syerra Leone milli komandası

18:00. Mətbuat konfransı (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)
19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq ("Kapital Bank Arena")

Azərbaycan milli komandası

18:30. Mətbuat konfransı (“Dalğa Arena”)
19:15. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (“Dalğa Arena”)

İdman.Biz