“Problemlərdən danışıram, xoşlanılmır. Bu gün fikirləşirik ki, yığmanın müdafiə mövqeyində oyunçuların ortalama yaşı yuxarıdır”.
İdman.Biz bildirir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.
“U-21 yığmasının məşqçisi ilə danışıram, o da stopper problemindən danışır. Hər kəs problemi bilir, iş baxımından başlamalı, səbirli olmalıyıq. Bəli, problemlər həllini tapana qədər aşağı yaş qrupları çox çalışmalıdır. Bu oyunçular da klublardan gəlir. Akademiyalara diqqət artmalıdır. Millinin məşqçisi 10-12 gün toplanış müddətində nəyisə çox dəyişə bilmir. Futbolçular milliyə hazır gəlməlidir.
İndi baxırıq, “Sabah”ın, “Neftçi”nin, “Zirə”nin yerli oyunçuları formadadır. Bu, bizi sevindirir. Uşaq futboluna baxış dəyişməlidir. Nə qədər danışırıqsa, fərq olmur. 10 il əvvəl meydança problemindən danışırdıqsa, yenə də eyni məsələdir. Hər kəs nəticə, avroliqa, rəqabət və s. haqda danışır”, - Abbasov bildirib.
