Ayxan Abbasov Fransa ilə oyunun nəticəsi barədə: “Hər şey mümkündür”

Xəbərlər
15 Noyabr 2025 20:44
35
Ayxan Abbasov Fransa ilə oyunun nəticəsi barədə: “Hər şey mümkündür”

“Bütün rəqiblərə qarşı hazırlaşanda xal qaznamaq istəyirik. Müasir futbolda gözlənilməz nəticələr olur”.

İdman.Biz bildirir ki, Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində sabah Fransa millisinə qarşı keçirəcəkləri matçdan öncə bu sözləri deyib.

“Hər şey mümkündür. Futbolçular da xal qazanmağı çox istəyirlər. İslandiya ilə matçda qələbəyə köklənmişdik. Ukrayna və İslandiyanın qrupdan çıxmaq şansı var idi. Bəzi qruplara baxırıq, hardasa bir az zəif komandalar olur ki, daha çox xal qazanasan. Bizimki isə çox möhkəm qrup idi. Sabah inanancağıq. İnam olmasa, bu işi görməyə dəyməz.

Sabah heyətlərində dəyişikliklər ola bilər. Yeni futbolçular var, özlərini daha çox göstərməyə çalışacaqlar. Bizdə də itkilər var. Toral Bayramov da dünən zədələndi. Onun yerinə oynayacaq futbolçulara inanırıq. Azarkeş dəstəyi olacaq. İnanıram ki, futbolçularımız ən azından yaxşı mübarizə aparacaq. Bugünkü gündə belə rəqiblə mübarizə aparmağın özü də gələcəyimiz üçün yaxşılığa doğru addım sayıla bilər”, - Abbasov bildirib.

Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması noyabrın 16-da, Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da start götürəcək.

İdman.Biz