“İlk oyunumuz olduğu üçün həyəcan var idi”.
İdman.Biz bildirir ki, bu sözləri Azərbaycanın amputant futbolu millisinin baş məşqçisi Ramil Həbibov Bakıda keçirilən Millətlər Liqasının C qrupunda Belçikaya 3 cavabsız qolla qalib gəldikləri oyundan sonra deyib.
O, millidən gözləntilərin yüksək olduğunu bildirib.
“Rəqiblər güclüdür. Növbəti matçda İsrail kimi iddialı komanda ilə qarşılaşacağıq. Amma futbolçularımıza güvənirəm. Çünki yarışa hazırlığımız yüksək səviyyədə keçib. Komandamız həmin oyunda da öz sözünü deyəcək”, - Həbibov bildirib.
Qeyd edək ki, Azərbaycan seçməsi növbəti oyununu oktyabrın 18-də İsrail yığmasına qarşı keçirəcək. Matç saat 13:00-da başlayacaq.