“Rəqib haqqında geniş danışmağa ehtiyac yoxdur”.
İdman.Biz bildirir ki, bu sözləri millimizin müdafiəçisi Bəhlul Mustafazadə Fransa ilə sabah keçiriləcək oyundan öncəki mətbuat konfransında bildirib.
“Önəmli olan bizim Fransa yığmasına qarşı necə reaksiya verməyimizdir. Bu gün son məşqimizi keçəcəyik və sabah meydanın hər qarışı uğrunda mübarizə aparacağıq. Komanda yoldaşlarımızla oyun barədə söhbətlərimiz olur, kollektiv şəkildə matça hazırlaşırıq. Sabah yaxşı mübarizə aparmağa çalışacağıq”, - Mustafazadə deyib.
Qeyd edək ki, oktyabrın 10-da “Park de Prens” stadionunda keçiriləcək Fransa - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.