Azərbaycan millisi “Park de Prens”də məşq edir - FOTO + VİDEO

Xəbərlər
9 Oktyabr 2025 22:15
118
Azərbaycan millisi “Park de Prens”də məşq edir - FOTO + VİDEO

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə keçirəcəkləri oyun öncəsi hazırda matçın keçiriləcəyi “Park de Prens”də məşq edir.

İdman.Biz xəbər verir ki, komandalar arasında görüş oktyabrın 10-da Parisdə baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qarşılaşmanı norveçli Rohit Saqqi idarə edəcək.

Üç gün sonra, oktyabrın 13-də Polşanın Krakov şəhərində yığmamız Ukrayna ilə qarşılaşacaq.

İdman.Biz