Millimizin baş məşqçisi: “Futbolçularımdan yeganə istəyim odur ki…”

Xəbərlər
10 Oktyabr 2025 00:43
36
Millimizin baş məşqçisi: “Futbolçularımdan yeganə istəyim odur ki…”

“Belə futbolçular statistikalarını yaxşılaşdırmaq, rekordlar qırmaq üçün daha çox qol vurmaq istəyirlər. Bu, normaldır”.

İdman.Biz bildirir ki, bu sözləri millimizin baş məşqçisi Ayxan Abbasov Fransa ilə sabah keçiriləcək oyundan öncəki mətbuat konfransında bildirib.

“Biz rəqibin son oyunlarını təhlil etmişik. Mbappenin bu fikirləri futbolçularımızda bir az əlavə motivasiya yarada bilər. Amma biz soyuqqanlı olmalıyıq. Hələ ki, bu səviyyəyə çatmamışıq. Lakin gələcəkdə nələrsə qazanmaq istəyiriksə, bu cür oyunlarda təcrübə toplamalıyıq”, - o, deyib.

Azərbaycan millisinin baş məşqçisi “möcüzə üçün nə etməliyik?” sualına da cavab verib: “Futbolda şans amili hər zaman vacibdir. Bəzən hər şey planlaşdırıldığı kimi getmir. Amma inanıram ki, sabah şans bizim tərəfimizdə olacaq. Futbolçularımdan yeganə istəyim odur ki, nə baş versə də, təslim olmasınlar”.

Qeyd edək ki, oktyabrın 10-da “Park de Prens” stadionunda keçiriləcək Fransa - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

İdman.Biz