Fransa 2026-cı il dünya çempionatının seçmə mərhələsinin oktyabr oyunlarında tam gücü ilə oynamayacaq.
İdman.Biz “90min” saytına istinadən bildirir ki, zədələr, baş məşqçi Didye Deşamın seçimləri və hətta cəzalar itkilərin səbəblərindən yalnız bir neçəsidir.
Lakin tam heyətlə olmasa belə, Fransa yenə də təsirli olacaq. Komandanın əsas itkilərinin siyahısını təqdim edirik:
1. Qapıçı - Alfons Areola
Alfons Areola müntəzəm olaraq “Vest Hem”də oynamasına baxmayaraq, üçüncü qapıçı kimi yerini itirib. Mayk Menyana Bris Samba və Lukas Şevalye dəstək verəcəklər.
2. Sağ müddafiəçi – Pyer Kalulu
Pyer Kalulu “Yuventus”da çox və uğurlu çıxış edir. Fransız futbolçu, şübhəsiz ki, bir neçə ay əvvəl Fransa millisinin düşərgəsinə getməssinin bədəlini ödəyir. Didye Deşam onun performansından təsirlənməyib və Jül Kundeni dəstəkləmək üçün Malo Qustoya üstünlük verib.
3. Mərkəz müdafiəçisi – Bencamin Pavar
Bencamin Pavar “Marsel”in həm mərkəz müdafiəçisi, həm də sağ cinah müdafiəçisi kimi özünü yaxşı göstərib. Oyunçu Çempionlar Liqasında və milli çempionatda fərqlənib. O, rəqabətin şiddətli olduğu komandada beşinci təkər kimi görünür.
4. Mərkəz müdafiəçisi – Leni Yoro
Leni Yoro yaxşı çıxış etməyən “Mançester Yunayted” komandasında oynayır. “Qırmızı şeytanlar”ın müdafiəçisi müntəzəm olaraq start heyətində meydana çıxır və getdikcə daha yaxşı oynayır. Daha yaxşı nəticələrlə o, millidə start yeri uğrunda mübarizə apara bilərdi.
5. Sol müdafiəçi – Ferlan Mendi
Ferland Mendi “Real Madrid”"də oynayarkən zədələnib. İstənilən halda, fransalı müdafiəçi onu vaxtilə milliyə çağıranda oyunundan məyus olan Didye Deşamın planlarında artıq yoxdur.
6. Müdafiəyəmeylli yarımmüdafiəçi – Orelyen Tçuameni
Orelyen Tçuameni İslandiyaya 2:1 hesabı ilə qalib gəldikləri oyunda qovulmasından sonra milli komandanın heyətindən kənarda qalıb. Fransalı futbolçu iki oyunluq cəzalanıb və buna görə də heyətə daxil edilməyib.
7. Hücumameylli yarımmüdafiəçi – Dezire Due
Dezire Due Fransa millisində son oyunundan sonra zədələnib. PSJ-nin ulduzu o vaxtdan bəri oynamayıb, tribunadan komanda yoldaşlarını izləməklə kifayətlənib.
8. Hücumameylli yarımmüdafiəçi – Rayan Şerki
Rayan Şerki “Mançester Siti”də çıxış edərkən bir aya yaxındır ki, zədələnib. Lakin “Lion”un keçmiş oyunçusu heyətə daxil edilmək ümidlərini itirmir.
9. Sağ vinger – Usman Dembele
2025-ci ilin “Qızıl top”unun sahibi Fransa ictimaiyyətinin qarşısına çıxmazdan əvvəl bir müddət gözləməli olacaq. Usman Dembele son təlim-məşq toplanışında aldığı zədəni hələ də sağaldır.
10. Hücumçu – Markus Türam
Markus Türam təlim-məşq toplanışı ərəfəsində zədələnib. Qısa müddətli zədə onun oyunda iştirakına mane olacaq.
11. Sol hücumçu – Bredli Barkola
Bredli Barkola da “PSJ”nin oyununda zədə alıb. Gənc oyunçu növbəti təlim-məşq toplanışı üçün Fransa yığmasına qayıdacaq.
Qeyd edək ki, oktyabrın 10-da “Park de Prens” stadionunda keçiriləcək Fransa - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.