U-17 millimiz Fransaya böyük hesabla məğlub olub

Xəbərlər
8 Oktyabr 2025 19:21
44
U-17 millimiz Fransaya böyük hesabla məğlub olub

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

İdman.biz xəbər verir ki, U-17 Fransanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Kapbreton şəhərindəki “Burre” stadionunda baş tutan qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 8:0. Azərbaycan millisinin oyunçusu Səttar Tahirzadə 66-cı dəqiqədə qırmızı vərəqə alaraq meydançadan qovulub.

Aqil Nəbiyevin rəhbərlik etdiyi yığma oktyabrın 11-də İsrail, 14-də isə Rumıniya yığmaları ilə qarşılaşacaq.

Seçmə mərhələnin bütün oyunları Fransada keçirilir. Son Avropa çempionu Portuqaliyadır.

İdman.biz