Ağır çəkidə boks çempionu Aleksandr Usik MMA qəfəsində bloger və boksçu Ceyk Polla qarşılaşmağa hazır olduğunu açıqlayıb.
İdman.biz bildirir ki, Ceyk Pol hazırda Cervonta Devis ilə sərgi görüşə hazırlaşır. Döyüş noyabrın 15-də aralıq çəki dərəcəsində (88,5 kq-a qədər) keçiriləcək və biri üç dəqiqə olan 10 raunddan ibarət olacaq.
"Yaxşı plandır. Mən burada beşinci yer üçün deyiləm, birincini istəyirəm. Tezliklə boks səhifəsini çevirəcəyəm, sonra isə səni qəfəsdə gözləyəcəm. Görəcəyik, səndə nə var: əsl cəsarət və ya sadəcə başlıq sevgisi", - Usik sosial şəbəkədəki səhifəsində yazıb.