Mateuş Qamrot UFC-də Rafael Fiziyevi əvəz edəcək - VİDEO

Xəbərlər
24 Sentyabr 2025 11:47
55
Mateuş Qamrot UFC-də Rafael Fiziyevi əvəz edəcək - VİDEO

Azərbaycanlı döyüşçü Rafael Fiziyev zədələndiyi üçün Rio-de-Janeyroda keçiriləcək UFC turnirində iştirak etməyəcək.

İdman.biz xəbər verir ki, onun rəqibi Çarls Oliveyra rəqibsiz qalsa da, təşkilatçılar tez bir zamanda əvəzləyici tapıblar. Beləliklə, polşalı yüngül çəkili Mateuş Qamrot keçmiş UFC çempionuna qarşı döyüşə çıxacaq. Qərar artıq rəsmi təsdiqlənib və qarşılaşma planlaşdırıldığı kimi turnirin kartında yer alacaq.

Oliveyra hazırlığını davam etdirəcək və yüngül çəkidə ən güclü rəqiblərdən biri ilə üz-üzə gələcək.

İdman.biz