Dueyn Conson, WWE və UFC-yə sahib olan şirkətdən iki il ərzində 80 milyon dollar qazanıb

Xəbərlər
23 Dekabr 2025 04:15
35
Dueyn Conson, WWE və UFC-yə sahib olan şirkətdən iki il ərzində 80 milyon dollar qazanıb

“Wrestling Observer”in jurnalisti və güləş üzrə mütəxəssisi Deyv Meltzerin sözlərinə görə, 53 yaşlı əfsanəvi restler və Hollivud aktyoru Dueyn “Qaya” Conson TKO şirkətinin idarə heyətində iki il ərzində 80 milyon dollar qazanıb.

İdman.Biz-in məlumatına görə, Meltzer aydınlıq gətirib ki, bu məbləğə məşhur güləşçinin World Wrestling Entertainment (WWE) şoularında nəsə satışı və digər çıxışları üçün müqaviləsi çərçivəsində aldığı pul daxil deyil.

“TKO Group Holdings”, keçmiş WWE prezidenti Vins MakMahon tərəfindən təsis edilmiş ABŞ idman və əyləncə şirkətidir. TKO hazırda WWE və UFC kimi promouşenlərə sahibdir.

İdman.Biz