Hazırkı UFC yarımorta çəkidə çempionu (77 kq-a qədər), 34 yaşlı rusiyalı İslam Mahaçev UFC tarixinin ən böyük döyüşçüsünü seçib.
İdman.Biz bildirir ki, Mahaçev öz həmyerlisinə etimad göstərib.
“Mən Həbibi seçirəm”, - Mahaçev TNT Sports-a verdiyi müsahibədə deyib.
Xatırladaq ki, Həbib Nurməhəmmədovun son döyüşü 24 oktyabr 2020-ci ildə BƏƏ-nin Əbu-Dabi yaxınlığındakı Yas adasında keçirilən UFC 254-də olub. Onun rəqibi müvəqqəti UFC yüngül çəki çempionu Castin Qetji olub.
Döyüş rusiyalı idmançının ikinci raundda boğma ilə qələbə qazanması ilə başa çatıb. Bu, Nurməhəmmədovun karyerasındakı 29-cu qələbəsi olub. Döyüşdən sonra Həbib qarışıq döyüş sənətlərindən ayrıldığını elan edib.
