Braziliyalı sabiq UFC döyüşçüsü Qleyson Tibau Həbib Nurməhəmmədov və İslam Mahaçev barədə danışıb.
İdman.Biz xəbər verir ki, Tibau yüngül çəkidə keçmiş çempion Həbib Nurməhəmmədovu İslam Mahaçevdən üstün saydığını açıqlayıb.
“İslam Mahaçev UFC-nin iki çəki dərəcəsində çempionu olub, çox istedadlı döyüşçüdür. Amma Həbib daha yaxşı idi. Onun döyüş aparma tərzi mükəmməl idi, parterdə rəqiblərinə tam nəzarət edirdi. Həbib həmişə daha yaxşı olacaq”, - deyə keçmiş döyüşçü vurğulayıb.
Qeyd edək ki, Mahaçev yüngül çəkidə UFC-nin sabiq çempionu olmaqla yanaşı, hazırda yarımorta çəkidə də kəmərin sahibidir. Nurməhəmmədov isə yüngül çəkidə çempion titulunu qoruyaraq karyerasını məğlubiyyətsiz başa vurub.
