Usman Dembele "Qızıl top" mükafatını qazandı - VİDEO

Xəbərlər
23 Sentyabr 2025 00:50
86
Usman Dembele "Qızıl top" mükafatını qazandı - VİDEO

PSJ klubunun futbolçusu Usman Dembele "Qızıl top" mükafatına layiq görülüb.

İdman.biz bildirir ki, mükafatı ona braziliyalı ulduz Ronaldinyo təqdim edib.

Bir il əvvəl baş məşqçi Luis Enrike ilə fikir ayrılığına görə heyətə daxil edilməyən futbolçu bu il ilin ən yaxşı oyunçusu seçilib.

Ötən mövsüm PSJ ilə futbolçu Fransa çempionluğu yaşayıb, Fransa kubokunun, superkubokunun və Çempionlar Liqasının qalibi olub. O, həmçinin parislilərlə FİFA Klublararası Dünya çempionatının finalına çıxıb.

2024/25 mövsümündə Dembele 60 matçda 37 qol vurub və 16 məhsuldar ötürmə edib.

Ötən mövsüm bu mükafatı “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri qazanmışdı. Bu, ispaniyalının ilk belə mükafatı idi.

Argentinalı hücumçu Lionel Messi mükafatı səkkiz dəfə qazanıb və bu göstərici üzrə rekordçudur. Portuqaliyalı hücumçu Kriştiano Ronaldo beş qələbə ilə bu reytinqdə ikincidir.

İdman.biz