Misli Premyer Liqası: “Zirə” - “İmişli” oyunu heç-heçə başa çatıb - YENİLƏNİB + VİDEO

20 Dekabr 2025 18:34
716
Misli Premyer Liqası: “Zirə” - “İmişli” oyunu heç-heçə başa çatıb

Misli Premyer Liqasının 16-cı turunun “Zirə” - “İmişli” oyunu başa çatıb.

İdman.Biz xəbər verir ki, matçda hesab açılmayıb.

Bu oyundan sonra “Zirə” 28 xalla üçüncü yerdədir. “İmişli” 17 xalla doqquzuncu yerdə qərarlaşıb.

17:41

Misli Premyer Liqasının 16-cı turunun “Zirə” - “İmişli” oyununda ikinci hissə start götürüb.

İdman.Biz xəbər verir ki, ilk hissədə matçda hesab açılmayıb.

17:27

Misli Premyer Liqasının 16-cı turunun “Zirə” - “İmişli” oyununda birinci hissə başa çatıb.

İdman.Biz xəbər verir ki, qarşılaşmada hesab açılmayıb.

16:30

Misli Premyer Liqasının 16-cı turunun “Zirə” - “İmişli” oyunu start götürüb.

İdman.Biz xəbər verir ki, oyunu hakim Cavid Cəlilov idarə edir.

16:39

“Zirə” Misli Premyer Liqasının 16-cı turunda Zirə İdman Kompleksinin stadionunda “İmişli”ni qəbul edir.

İdman.Biz xəbər verir ki, komandalar saat 16:30-da start götürəcək oyunda meydana aşağıdakı heyətlərlə çıxacaq:

“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 4. Ruan Renato 25. Enrike Kustodio 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 93. Brahim Konate 5. Ange Mutsinzi 17. Ayron Qomis 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 7. Rövlan Muradov 16. Fuad Bayramov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 48. Ramiz Muradov 26. Stefan Aka 20. İssa Cibrila 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 6. Yau Moses 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 5. İdris İnqilablı 70. Mehdi Tahirov 44. Həzrət İsayev 27. Lətif Rzayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli
Baş məşqçi: Jorj Kaşkilya

09:16

Bu gün Misli Premyer Liqasının 16-cı turunun növbəti qarşılaşması Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Zirə” “İmişli”ni qəbul edəcək.

Oyun saat 16:30-da başlayacaq. “Zirə” turnir cədvəlində 27 xalla beşinci, “İmişli” 16 xalla doqquzuncu sıradadır.

Misli Premyer Liqası
İkinci dövrə, 16-cı tur
20 dekabr
16:30. “Zirə” - “İmişli”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun açılış matçında “Turan Tovuz” “Kəpəz”ə qalib gəlib - 2:0. Tura dekabrın 22-də yekun vurulacaq.

İdman.Biz
Məqalədə: