İtaliyanın “Napoli” klubunun baş məşqçisi Antonio Konte heyətində çıxış edən futbolçuların performansı ilə bağlı diqqətçəkən açıqlama verib.
İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis xüsusilə “Mançester Yunayted”dən tanınan oyunçuların indiki durumuna toxunub.
“İndi hamı Höylund və Maktomini barədə danışır. Amma unutmayın ki, onlar “Mançester Yunayted”də oynadıqları vaxt bu səviyyədə deyildilər. Özünüzə sual verin. Demək mən və məşqçi heyətim nəyisə düzgün etmişik. Bunun mütləq bir səbəbi var”, - deyə Konte bildirib.
Konte bu fikirlərlə futbolçuların inkişafında düzgün yanaşma, etimad və taktiki sistemin həlledici rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, oyunçuların potensialını üzə çıxarmaq üçün təkcə istedad yox, doğru mühit və peşəkar rəhbərlik də vacibdir.
