Bu gün Misli Premyer Liqasının 16-cı turunun növbəti qarşılaşması Yevlax şəhər stadionunda keçiriləcək.
İdman.Biz xəbər verir ki, “Karvan-Yevlax” “Neftçi”ni qəbul edəcək.
Oyun saat 14:00-da başlayacaq. “Neftçi” turnir cədvəlində 16 xalla doqquzuncu, “Karvan-Yevlax” 6 xalla 12-ci sıradadır.
Misli Premyer Liqası
İkinci dövrə, 16-cı tur
20 dekabr
14:00. “Karvan-Yevlax” - “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Yevlax şəhər stadionu
Qeyd edək ki, turun açılış matçında “Turan Tovuz” “Kəpəz”ə qalib gəlib - 2:0. Tura dekabrın 22-də yekun vurulacaq.
