“Yuventus” “İnter”in yarımmüdafiəçisini 35 milyon avroya almaq istəyir

Xəbərlər
20 Dekabr 2025 06:15
39
“Yuventus” “İnter”in yarımmüdafiəçisini  35 milyon avroya almaq istəyir

“Yuventus” “İnter”in 26 yaşlı yarımmüdafiəçisi Davide Frattezi ilə fəal surətdə maraqlanır.

İdman.Biz “Calciomercato”ya istinadən xəbər verir ki, oyunçunun ətrafı onu yarımmüdafiəçilərə ehtiyacı olan “Roma” və “Napoli”yə də təklif edib.

Mənbənin məlumatına görə, Milan klubu oyunçunu almaq məqsədilə icarəyə götürmək variantı üzərində düşünmür. “İnter” yalnız daimi transferlə maraqlanır. Yanvar ayında Frattezi üçün “İnter”dən 35 milyon avro tələb olunacaq. Oyunçunun özü İtaliyada qalmaq istəyir.

Frattezi bu mövsüm bütün yarışlarda 13 oyunda meydana çıxıb və iki məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur.

İdman.Biz