Riberi: “Ramos və Pepe hər toxunuşumda məni öldürmək istəyirdilər”

Xəbərlər
23 Dekabr 2025 12:38
62
Riberi: “Ramos və Pepe hər toxunuşumda məni öldürmək istəyirdilər”

Sabiq fransalı futbolçu Frank Riberi 2017-ci ildə Çempionlar Liqasının 1/4 final oyununda “Bavariya”nın heyətində “Real Madrid”ə qarşı keçirdiyi oyunu xatırlayıb.

İdman.Biz xəbər verir ki, 42 yaşlı F.Riberinin açıqlamasını “sportsrufootbal” dərc edib.

O, həmin görüşdə Dani Karvaxalla top uğrunda mübahisə zamanı ona şillə vurduğunu bildirib.

Riberinin sözlərinə görə, bu epizoddan sonra Serxio Ramos və Pepe ona qarşı xüsusi aqressiya göstərməyə başlayıblar.

Təcrübəli futbolçu rəqib müdafiəçilərin hər topa toxunuşunda onu sərt şəkildə dayandırmağa çalışdıqlarını deyib. Onun fikrincə, həmin oyun futbol mübarizəsindən çox, sağ qalma savaşına çevrilib.

Riberi xüsusilə Pepenin topa deyil, birbaşa ona hücum etdiyini vurğulayıb.

İdman.Biz
Məqalədə: