Uoker: "Həmzət Çimayevlə bacara biləcək döyüşçü yoxdur" - VİDEO

Xəbərlər
24 Sentyabr 2025 21:59
76
Uoker: "Həmzət Çimayevlə bacara biləcək döyüşçü yoxdur" - VİDEO

UFC-də yarımağır çəkidə çıxış edən 33 yaşlı braziliyalı qarışıq döyüş ustasıi Conni Uoker bildirib ki, hazırda UFC orta çəki dərəcəsində Həmzət Çimayevi məğlub edə biləcək döyüşçü yoxdur.

İdman.biz-in xəbərinə görə, braziliyalı hesab edir ki, Çimayevin güləş qabiliyyəti onu orta çəki dərəcəsində döyüşənlərdən fərqləndirir.

"Çimayev Drikus dü Plessiylə döyüşündə ustad dərsi göstərdi. Onun güləşi başqa səviyyədədir. O, çempion olmağa layiqdir. O, sadəcə oktaqona daxil oldu və öz işini gördü. Asanlıqla. Düşünmürəm ki, orta çəkidə Həmzətə qalib gələ biləcək kimsə var. İndi onun kəmərini ala bilən adam görmürəm, qarşıdakı aylarda bəlkə də olacaq, lakin indi yoxdur", - Uoker deyib.

İdman.biz