Rafael Fiziyev Oliveyranı nokaut edəcəyinə söz verib - VİDEO

Xəbərlər
22 Avqust 2025 01:53
62
Rafael Fiziyev Oliveyranı nokaut edəcəyinə söz verib - VİDEO

Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev rəqibləri və Çarls Oliveyra ilə keçiriləcək görüş haqqında fikirlərini bölüşüb.

İdman.biz xəbər verir ki, Fiziyevlə və Oliveyra arasında döyüş oktyabrın 11-də Rioda keçiriləcək UFC turnirində baş tutacaq.

Döyüşçümüz Castin Qetje və Rafael dos Anjos görüşlərdə ən ağır zərbələrlə qarşılaşdığını etiraf edib: "Qetje üzümü rənglədi. Dos Anjosun da çox güclü zərbələr vurur, onun zərbələrindən sonra gözümün qabağında ulduzlar var idi".

Eyni zamanda döyüşçü özünün də nokaut gücünə malik olduğunu vurğulayıb: "Deyirlər, Topuriyanın güclü yumruqları var, amma o, boksa güvənir və mən kikboksçuyam. Məncə, Oliveyranı nokaut etmək üçün kifayət qədər gücüm var. Düşünmürəm ki, Topuriya ilə döyüşdəki nokautdan sonra Çarlz əvvəlki kimi olsun. Adətən belə məğlubiyyətlərdən sonra idmançılar əvvəlki səviyyələrinə qayıda bilmirlər. MMA-da yaş və buraxılan yumruq zərbələri daha vacib faktdır".

Oliveyra ilə döyüş Fiziyev üçün UFC-nin yüngül çəki kateqoriyasında titul iddiaçılarının sırasına qayıtmaq üçün bir fürsət olacaq.

İdman.biz